...

Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqlədi

İqtisadiyyat Materials 25 Aprel 2022 21:17 (UTC +04:00)
Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqlədi

Bakı. Trend:

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqlərini B səviyyəsində saxlayıb və reytinq proqnozunu Stabil olaraq təsdiqləyib. ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS səviyyəsində təsdiqlənib.

Agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması xüsusi vurğulanır. Aşağı riskli kreditlərin portfeldəki ümumi payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli gəlirliliyin Bankın adekvat likvidlik mövqeyini əks etdirdiyi göstərilir. Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti