...

Azərbaycan və Türkiyə münasibətləri yüksələn xətlə inkişafa davam edir - Nazir müavini

İqtisadiyyat Materials 19 May 2022 16:22 (UTC +04:00)
Azərbaycan və Türkiyə münasibətləri yüksələn xətlə inkişafa davam edir - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azərbaycan- Türkiyə İş Adamları” İctimai Birliyinin Ümumi yığıncağında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdə investisiya qoyuluşu həcminə görə Türkiyə birinci yerdədir.

“Hazırda bu sərmayələrin həcmi 20 milyard dollardan çoxdur. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyan ölkələr sırasında da Türkiyə birinci yerdədir. Görülən səmərəli tədbirlər çərçivəsində ikitərəfli ticarət əlaqələri də inkişaf edib. 2021-ci ildə ticarət dövriyyəmiz 12 faiz artaraq 4.9 milyard dollar təşkil edib”, - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti