...

Türkiyə Qaradənizdə təbii qaz ixracatı üçün boru kəmərlərinin çəkilişinə başlayıb

İqtisadiyyat Materials 9 İyun 2022 09:44 (UTC +04:00)
Türkiyə Qaradənizdə təbii qaz ixracatı üçün boru kəmərlərinin çəkilişinə başlayıb

Bakı. Trend:

Türkiyənin Qaradəniz bölgəsində tapılan 540 milyard kubmetrlik təbii qazın ixracatı üçün 170 kilometrlik boru kəmərlərinin çəkilişinə bu gündən etibarən başlanılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, çıxarılacaq qazın quruda emal edilməsi üçün nəzərdə tutulan “Filyos Təbii Qaz Emalı Qurumu”-nun da tikinti işləri davam edir.

Qeyd edək ki, ilk olaraq Sakarya Qaz Sahəsində dənizin altında qurulacaq hasilat sisteminə 6-10 quyu birləşdiriləcək və bu quyulardan gündəlik 10 milyon kubmetr qaz hasil edilərək 2023-cü ildə Türkiyənin təbii qaz şəbəkəsinə veriləcək. Qara dənizdə ən yüksək hasilat səviyyəsinə 2027-2028-ci illərdə çatacağı gözlənilir. Bu dövrdə gündəlik 40 milyon və illik isə təxminən 15 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti