Bakı. Trend:
2022-ci ilin yanvar-may aylarında Çindən Türkiyə limanlarına 4 milyon 663 min 137 ton yük daşınıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 32 min 280 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 545 min 184 ton yük çatdırıb.
Bu müddət ərzində Çin bayraqlı gəmilər Türkiyə limanlarına 85 min 673 ton yük çatdırıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına Çindən 1 milyon 78 min 556 ton tranzit yük daşınıb.
Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.
May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.
Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.
Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.