...

Bakı Limanı ilə daşınan vaqonların sayı 25,8 faiz artıb (FOTO)

İqtisadiyyat Materials 8 Avqust 2022 16:59 (UTC +04:00)
Bakı Limanı ilə daşınan vaqonların sayı 25,8 faiz artıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu ilin ilk 6 ayı ərzində digər növ yüklərdə olduğu kimi Bakı Limanı vasitəsilə daşınan vaqonların sayında da ciddi artım müşahidə edilib.

Qurumdan Trend-ə verilən məlumata görə, əgər ötən ilin ilk altı ayı ərzində Bakı Limanında 14 603 ədəd vaqon daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 25,8 % artaraq 18 376 ədəd olub.

Qeyd edək ki, vaqon yükləri Bakı Limanın illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalını vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti