...

Azərbaycan bank sektorunun aktivləri artıb

İqtisadiyyat Materials 22 Avqust 2022 17:14 (UTC +04:00)
Azərbaycan bank sektorunun aktivləri artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 41,589 milyard manat, cəmi öhdəlikləri 36,45 milyard manat, balans kapitalı 5,139 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 23,53 faiz, 26,13 faiz və 7,78 faiz artıb.

İyul ayında Azərbaycan banklarının kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 23,54 faiz artaraq 18,487 milyard manat təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfelinin payı 81,2 faiz manat təşkil edib. Bankların depozit portfeli ötən ilin iyulu ilə müqayisədə 29,55 faiz araraq 29,6 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti