...

Azərbaycanda iqtisadi zonaların rezidentlərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 28 Sentyabr 2022 16:50 (UTC +04:00)
Azərbaycanda iqtisadi zonaların rezidentlərinin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda iqtisadi zonalarda 108 rezident qeydiyyata alınıb, onlardan 60-ı artıq fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Emil Hacıyev "Sənayenin müasir üsulları və texnoloji inkişafı: sənaye zonaları və aqroparklar" adlı tədbir zamanı deyib.

"2022-ci ilin birinci yarısında rezidentlər tərəfindən 768 milyon dollar məbləğində məhsul istehsal olunub və 320 milyon dollar məbləğində məhsul ixrac olunub. Ümumilikdə, ötən dövr ərzində 1,5 milyard dollardan çox məbləğdə məhsul ixrac olunub. Həm də qeyd etmək istəyirəm ki, qeyri-neft məhsulu istehsalının təxminən 15 faizi iqtisadi zonaların payına düşürr, ümumi ixracda pay isə 35 faizə yaxındır", - deyə bildirib.

O deyib ki, Qarabağda iki iqtisadi zona yaradılıb: Ağdam sənaye parkı və Araz vadisi iqtisadi zonası.

"Bu gün onlar minalardan tamamilə təmizlənib, müvafiq infrastruktur yaradılıb. 110/35 kV gücündə iki transformatorun və 20-yə yaxın kiçik güclü transformatorun tikintisi gözlənilir. Ağdam sənaye parkında doqquz rezident və iki qeyri-rezident qeydiyyata alınıb. Araz vadisi iqtisadi zonasında isə bir rezident və bir qeyri-rezident qeydiyyata alınıb", - E.Hacıyev deyib.

O əlavə edib ki, Araz vadisi iqtisadi zonasısını coğrafi mövqeyi Qarabağı logistika mərkəzinə çevirməyə imkan verir.

"İqtisadi zonaların rezidentləri güzəştli kreditlərdən yararlana bilər. Bu, 5-10 milyon manat məbləğində 10 il müddətinə illik beş faiz dərəcəsi ilə verilir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti