...

Almaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna investisiyaları ölkələr arasında əməkdaşlıqda yeni səhifə açacaq - Pərviz Şahbazov

İqtisadiyyat Materials 4 Oktyabr 2022 05:20 (UTC +04:00)
Almaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna investisiyaları ölkələr arasında əməkdaşlıqda yeni səhifə açacaq - Pərviz Şahbazov

Bakı. Trend:

Almaniyanın Azərbaycanda bərpa olunan enerji sektoruna investisiyaları ölkələr arasında əməkdaşlıqda yeni səhifə açacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyanın Birləşməsi Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan hökuməti Almaniya ilə əməkdaşlığa, xüsusilə enerji sektoruna hər zaman böyük diqqət yetirib. Almaniya SGC layihəsini həmişə dəstəkləyib və Azərbaycan qazının Avropaya tədarükü Almaniyanın "Uniper" şirkətinə də sərf edir", - nazir deyib.

“Almaniya bərpa olunan enerji sahəsində zəngin təcrübəsi ilə Azərbaycan iqtisadiyyatına mühüm töhfə verə biləcək”, - deyə P.Şahbazov əlavə edib.

Nazir həmçinin qeyd edib ki, son 30 ildə Azərbaycan və Almaniya siyasi səviyyədə dialoqu, ikitərəfli əlaqələri, o cümlədən Aİ vasitəsilə əməkdaşlıq əlaqələrini genişləndirib.

Xəbər lenti

Xəbər lenti