...

Azərbaycan xarici investisiyalar sahəsində "açıq qapı" siyasəti keçirir - Nazir müavini

İqtisadiyyat Materials 11 Oktyabr 2022 16:08 (UTC +04:00)
Azərbaycan xarici investisiyalar sahəsində "açıq qapı" siyasəti keçirir - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici investisiyalar sahəsində "açıq qapı" siyasəti keçirir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

"Azərbaycanda xarici investorlar yerli sahibkarlar kimi eyni hüquqlara malikdir. Ölkəmizdə yaradılan sənaye zonaları gömrük və vergi güzəştləri baxımından üstünlüklər verir. Onlar həm də Bakı Dəniz Limanının bilavasitə yaxınlığında yerləşir", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Ələt azad iqtisadi zonası da ölkəyə xarici investisiyaların cəlb olunmasında böyük rol oynayır.

"Xarici investisiyaların cəlb olunması Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti