...

Azərbaycanın 2026-cı ilədək illik iqtisadi artım proqnozu açıqlanıb

İqtisadiyyat Materials 2 Noyabr 2022 11:39 (UTC +04:00)
Azərbaycanın 2026-cı ilədək illik iqtisadi artım proqnozu açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz artımı gözlənilir.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım üçün daha böyük əsas yaradır.

"2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,6 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 10,1 faiz art. Xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3 faiz, qeyri-neft-qaz məhsullarının ixracı 17 faiz artıb", - deyə o bildirib.

S.Məmmədov vurğulayıb ki, orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 faizə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi nəzərdə tutulur.

"Eyni zamanda qeyd edim ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti