Bakı. Trend:
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şura reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradacaq.
Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçitilən seminarda çıxışı zamanı deyib.
O bildirib ki, reklam sahəsində fəaliyyətlərin tənzimlənməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir.
"Ümid edirəm ki, qanun layihəsi qısa müddətdə Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək", M.Abbasbəyli bildirib.