...

Azərbaycan qlobal çağırışlara cavab verən insan kapitalı formalaşdırır - Sahib Məmmədov

İqtisadiyyat Materials 5 Noyabr 2022 16:08 (UTC +04:00)
Azərbaycan qlobal çağırışlara cavab verən insan kapitalı formalaşdırır - Sahib Məmmədov

Bakı. Trend:

Azərbaycan qlobal çağırışlara cavab verən insan kapitalı formalaşdırır.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov IT Akademiyanın açılışında deyib.

Onun sözlərinə görə, bu təşəbbüsün reallaşdırılması güclü kadr potensialının formalaşdırılmasına imkan yaradacaq ki, bu da güclü iqtisadiyyatın formalaşmasına bilavasitə təsir göstərəcək

S.Məmmədov əlavə edib ki, ölkədə güclü insan kapitalının formalaşdırılması üçün zəruri infrastrukturun yaradılması üzrə genişmiqyaslı işlər aparılır və bugünkü layihə bu işlərin tərkib hissəsidir.

"Biz gözləyirik ki, IT Akademiyanın açılışı yeni cəmiyyətin formalaşdırılması kadrların ixtisaslarının artırılması və yeni layihələrin yaradılması üzrə qoyulan hədəflərə çatmağa imkan verəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti