...

Türkiyədə Fransa Kapitallı şirkətlərin sayı azalıb

İqtisadiyyat Materials 30 Noyabr 2022 10:59 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Fransa kapitalı ilə 61 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Fransa şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fransa şirkətlərinin məcmu kapitalı 14,3 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 65,99 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Fransa şirkətlərinin əksəriyyəti İstanbulda (48) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Fransa şirkətlərinin ümumi kapitalı 10,1 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Fransa kapitalı ilə 31 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti