...

“Yaşıl” keçid Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün imkanlar açır - Dünya Bankının mütəxəssisi

İqtisadiyyat Materials 7 Dekabr 2022 11:53 (UTC +04:00)
“Yaşıl” keçid Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün imkanlar açır -  Dünya Bankının mütəxəssisi
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl” keçid Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün imkanlar açır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Dünya Bankının Ekologiya və İqlim Maliyyəsi üzrə Baş Mütəxəssisi Saşa Eyhberqer "Azərbaycan: yaşıl inkişafa doğru" hesabatının təqdimatı zamanı deyib.

S.Eyhberqer qeyd edib ki, Dünya Bankının Azərbaycanla əməkdaşlıqda əsas vəzifələrindən biri ölkəni “yaşıl” keçid yolunda dəstəkləməkdir.

“Azərbaycan: Yaşıl İnkişafa Doğru” hesabatında biz iqlim dəyişikliyinin və digər amillərin təsirlərini təhlil etdik və Azərbaycanın yaşıllığa uğurlu keçidi üçün tövsiyələr verdik”, - deyə o bildirib.

S.Eyhberqer vurğulayıb ki, Azərbaycan neft və qaz kəşfiyyatında uğurlar əldə edib və ölkənin qeyri-neft sənayesi inkişaf etməkdə davam edir.

O, perspektivlər haqqında danışaraq qeyd edib ki, aşağı karbonlu hidrogen Azərbaycanın gələcək inkişafında mühüm rol oynaya bilər.

Bundan əlavə, Dünya Bankının mütəxəssisi vurğulayıb ki, Xəzərdə “mavi” iqtisadiyyatın imkanlarının araşdırılması həm də əlavə tədqiqatlar tələb edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti