...

Səudiyyə Ərəbistanı Azərbaycandan “yaşıl” enerjinin ixracına dair yeni sazişə qoşulmaq istəyir

İqtisadiyyat Materials 19 Dekabr 2022 11:50 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Azərbaycandan “yaşıl” enerjinin ixracına dair yeni sazişə qoşulmaq istəyir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Azərbaycandan Avropaya “yaşıl” elektrik enerjisinin ixracı prosesinə qoşulmaq arzusundadır.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının investisiyalar naziri, iki ölkənin birgə komissiyasının həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında deyib.

"ACWA Power şirkəti Azərbaycanda 240 meqavatlıq enerji layihəsi həyata keçirir. Lakin bu, kifayət deyil. Biz istərdik ki, daha böyük enerji layihələri həyata keçirək və bir neçə gün əvvəl Azərbaycanın Avropaya elektrik enerjisinin ixracı ilə bağlı imzaladığı sazişə qoşulaq", - deyə o bildirib.

Nazir əlavə edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var:

"Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də enerji sektorunda əməkdaşlıq imkanları var".

Xatırladaq ki, dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti