Bakı. Trend:
Bu gün bp Şahdəniz tərəfdaşları adından elan etdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (SDX-8) qazılmasına başlanıb.
bp şirkətindən Trend-ə verilən məlumata görə, SDX-8 quyusu
“Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır.
Qurğu bu quyunun Şahdəniz yatağının şərq cinahında yerləşən qazma
ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.
Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə
tutulur.
Uğurlu olacağı təqdirdə, bu quyu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun.