Bakı. Trend:
Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 1 fevral 2023-cü il tarixinə olan gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, AÇG yatağından 625,074 mln. ABŞ dolları (01.01.2023-01.02.2023 tarixinə) məbləğində gəlir əldə olunub.
Xatırladaq ki, 2022-ci il üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 9 889 mln. ABŞ dolları təşkil edib.