...

"Aeroflot" Moskvadan Gəncəyə müntəzəm reyslərə başlayır

İqtisadiyyat Materials 10 Fevral 2023 16:48 (UTC +04:00)
"Aeroflot" Moskvadan Gəncəyə müntəzəm reyslərə başlayır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Aeroflot" aviaşirkəti Moskvadan Gəncə şəhərinə birbaşa reys açır.

Trend aviaşirkətə istinadən xəbər verir ki, reyslər martın 5-dən başlayaraq həftədə bir dəfə olmaqla, Airbus A320 təyyarələri ilə həyata keçiriləcək.

"Gəncə populyar turizm məkanı olmaqla yanaşı, Azərbaycanın iri sənaye və təhsil mərkəzidir. Gəncə Aerflotun uçuş həyata keçirdiyi ikinci Azərbaycan şəhəri olacaq", - məlumatda deyilir.

Bundan başqa, aviaşirkətin, həmçinin, Moskva, Sankt-Peterburq və Soçi şəhərlərindən Bakıya birbaşa reyslər həyata keçirdiyi qeyd olunur.

Xatırladaq ki, Sankt-Peterburqdan Bakıya uçuşlar fevralın 17-dən başlayaraq çərşənbə axşamı və cümə günü olmaqla həftədə iki dəfə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti