Bakı. Trend:
Martın 17-də Rusiya ilə sərhəddə "Xanoba" gömrük postunun istifadəyə verilməsinin rəsmi mərasimi baş tutacaq.
Trend-in məlumatına görə, mərasimdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökumət sədrinin müavini Aleksey Overçuk, həmçinin, digər rəsmilər iştirak edəcəklər.
"Xanoba" gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir.
Qeyd edək ki, "Xanoba" gömrük postu Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir.