...

Xanoba gömrük məntəqəsinin buraxılış qabiliyyəti gündə min yük maşını təşkil edir

İqtisadiyyat Materials 17 Mart 2023 14:38 (UTC +04:00)
Xanoba gömrük məntəqəsinin buraxılış qabiliyyəti gündə min yük maşını təşkil edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Xaçmaz. Trend:

Xanoba gömrük məntəqəsi hər iki istiqamətdə gündə minədək yük nəqliyyat vasitəsi, 30-dək avtobus və mindən artıq vətəndaş buraxmaq qabiliyyətinə malikdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Xanoba gömrük postunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Xanoba buraxılış məntəqəsi istər minik və yük avtomobillərini, istərsə də sərnişin avtobuslarını buraxa bilər.

"Məntəqədə yük və minik avtomobilləri üçün 3 giriş, avtobuslar üçün isə 2 giriş müəyyən edilib. Ərazisi 7 hektardır, 4,6 hektar terminallar və anbarlarla təchiz olunub. Bundan başqa, Xanoba məntəqəsi ən müasir yük yoxlama vasitələri ilə təchiz edilib", - o əlavə edib.

Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra "Xanoba" gömrük postunun istismara verilməsi mərasimi baş tutub. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. "Xanoba" gömrük postunun bərpasına dair qərar "Samur" gömrük postunun buraxılış yükünün azaldılması məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti