Xaçmaz. Trend:
"Xanoba" sərhəd məntəqəsi Hindistan və Pakistandan yüklərin İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya maneəsiz və effektiv hərəkətini təmin edəcək
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Azərbaycanın Rusiya ilə sərhədində Xanoba gömrük postunun açılış mərasiminin kuluarlarında jurnlistlərə deyib.
"Bu, 21-ci əsrin ən mühüm nəqliyyat magistralı olacaq və faktiki olaraq bu gün bu magistralın ilk elementi işə salınıb", - o deyib.
Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra "Xanoba" gömrük postunun istismara verilməsi mərasimi baş tutub. Gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. "Xanoba" gömrük postunun bərpasına dair qərar "Samur" gömrük postunun buraxılış yükünün azaldılması məqsədilə qəbul edilib.