...

"Belavia" Minskdən Bakıya reyslərin sayını artıracaq

İqtisadiyyat Materials 4 Aprel 2023 15:11 (UTC +04:00)
"Belavia" Minskdən Bakıya reyslərin sayını artıracaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

26 aprel 2023-cü ildən "Belavia" aviaşirkəti Bakıya reyslərin tezliyini artırmağı planlaşdırır.

Bu barədə çərşənbə axşamı Trend-ə aviaşirkətin mətbuat xidmətinin əməkdaşı Yuliya Spiçukova deyib.

Onun sözlərinə görə, Minsk-Bakı-Minsk marşrutu üzrə reyslərin sayı həftədə altı dəfəyədək artırılacaq.

"Bu marşrut üzrə birtərəfli uçuş 3 saat 30 dəqiqə təşkil edir. Uçuşlar müxtəlif tipli komfortlu avialaynerlərdə həyata keçiriləcək. Hazırda bu marşrut üzrə reyslərin sayı həftədə dörd dəfə təşkil edir", - o deyib.

Qeyd edək ki, hazırda Minsk-Bakı-Minsk marşrutu üzrə uçuşlar bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti