...

Səkkiz ölkə daxili nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması üzrə öhdəlik götürüb

İqtisadiyyat Materials 25 May 2023 09:39 (UTC +04:00)
Səkkiz ölkə daxili nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması üzrə öhdəlik götürüb

Leypsiq. Trend:

Böyük Britaniya, İrlandiya, Lixtenşteyn, Norveç, Almaniya, Koreya, Litva, Rumıniya Paris sazişi çərçivəsində daxili nəqliyyat sistemlərinin dekarbonizasiyası üzrə öhdəlik götürüblər.

Trend xəbər verir ki, bu ölkələrin nazirlərinin müvafiq birgə bəyanatı 24 may 2023-cü il tarixində Leypsiqdə keçirilən illik Beynəlxalq Nəqliyyat Forumunda nəqliyyat və iqlim dəyişmələri üzrə nazirlərinin "dəyirmi masa"sı çərçivəsində verilib.

"Qəbul edirik ki, nəqliyyat sektorunun dekarbonizasiyası sürətlənmədən Paris sazişinin icrası mümkün olmayacaq. Nəqliyyat sektorunda qazıntı yanacağından istifadəni azaltmadan sazişi icra etməyin heç bir yolu yoxdur və bütün nəqliyyat növlərində dekarbonizasiya üzrə həllərin miqyasının qısa zamanda genişləndirilməsinə böyük zərurət var. Biz bu məqsədlə sahə üzrə iddialı strategiyalar, həmçinin daxili nəqliyyatın dekarbonizasiyası üzrə hədəf göstəricilər hazırlayaraq tətbiq etməyi öhdəmizə götürürük. Bu strategiyaları Paris sazişi çərçivəsində milli səviyyədə müəyyən edilən töhfələrimizlə uyğunlaşdırmağı və daima diqqət mərkəzində saxlamağı öhdəmizə götürürük. Sazişin bütün tərəflərini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı ərəfəsində eynisini etməyə çağırırıq", - bəyanatda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti