...

Samir Şərifov AZAL-a verilən subsidiyaların taleyinə aydınlıq gətirib

İqtisadiyyat Materials 6 İyun 2023 13:11 (UTC +04:00)
Samir Şərifov AZAL-a verilən subsidiyaların taleyinə aydınlıq gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov AZAL-a verilən subsidiyanın onun hesabında saxlanılması məsələsinə aydınlıq gətirib.

Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, subsidiya bir neçə halda verilir.

“Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır deyə tələb yoxdur. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında il sonunda 8,3 milyon manat qalıq qalmışdı”, deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti