...

Azərbaycan bankları bayram günlərində necə işləyəcək?

İqtisadiyyat Materials 25 İyun 2023 16:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bayram günlərində (26 iyun-2 iyul) bankların filial və şöbələri, valyuta mübadilə məntəqələri və “Azərpoçt”un bəzi şöbələri fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki cədvəldə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti