...

Qazaxıstan Qətərlə uçuşların sayını iki dəfə artırır

İqtisadiyyat Materials 28 İyul 2023 14:24 (UTC +04:00)
Qazaxıstan Qətərlə uçuşların sayını iki dəfə artırır

Bakı.Trend:

Qazaxıstanın Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev və Qətərin Baş Mülki Aviasiya Administrasiyasının rəhbəri Məhəmməd Əl Həcri iki ölkə arasında uçuşların sayının artırılması ilə bağlı anlaşma memorandumu imzalayıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, uçuşların sayı iki dəfə artırılaraq həftədə 7-dən 14-ə çatdırılacaq.

Məlumata əsasən, Qətərin "Qatar Airways"in Almatıdan Dohaya gündə iki uçuş həyata keçirəcəyi gözlənilir.

Bundan əlavə, 2024-cü ilin ortalarında Astana-Doha reysinin işə salınacağı güman edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti