...

BƏƏ düyü ixracına müvəqqəti qadağa qoyub

İqtisadiyyat Materials 29 İyul 2023 00:54 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxili bazarda lazımi səviyyədə təchizatı təmin etmək üçün cümə günündən etibarən düyü ixracına və təkrar ixracına müvəqqəti qadağa qoyur.

Trend-in məlumatına görə, bununla bağlı ölkənin iqtisadiyyat naziri Abdalla ben Tuk əl-Mari fərman imzalayıb.

Sənədə əsasən, məhdudiyyət dörd ay müddətinə tətbiq edilib. Eyni zamanda nazirlikdən bildirilib ki, fərman “ləğv edilməsi ilə bağlı qərar olmadıqda avtomatik olaraq uzadıla bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti