...

Bu il sahibkarlar istehlakçılara 217 min manatadək vəsaiti geri qaytarıb - Dövlət Xidməti

İqtisadiyyat Materials 15 Avqust 2023 14:08 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1 463 müraciət təmin olunub.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9,8 % çoxdur. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti