...

İstehlak bazarına nəzarət sahəsində baxılmış işlərin sayı açıqlandı

İqtisadiyyat Materials 28 Avqust 2023 18:32 (UTC +04:00)
İstehlak bazarına nəzarət sahəsində baxılmış işlərin sayı açıqlandı

Bakı. Trend:

Bu il istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində ümumi baxılmış işlərin sayı açıqlanıb.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Facebook" hesabında yazıb.

"2023-cü ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində ümumi baxılmış işlərin 1918-i qeyri-qida, 1754-ü xidmət, 160-ı qida, 88-i dərman vasitələri və tibbi avadanlıqlar, 189-u isə digər sahələrlə bağlı olub", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti