...

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

İqtisadiyyat Materials 21 Sentyabr 2023 12:25 (UTC +04:00)
Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyasına “Big data”, süni intellekt, "Əşyaların interneti", rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlər daxil edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasında rəqəmsal hökumətə keçidin sürətlənirilməsi, data əsaslı idarəçiliyin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın tətbiqi üçün texnoloji infrastrukturun qurulması fonunda kibertəhlükəsizliyin təmin edilməsi çox zəruri məsələdir.

"Qısa müddət ərzində “Yeni Nəsil İqtisadiyyat Strategiyası” hazırlanaraq, baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd etmək istəyirəm ki, Strategiya sənədində rəqəmsal iqtisadiyyata keçidin təmin edilməsi üçün dayanıqlı texnoloji infrastrukturun qurulması ilə yanaşı, informasiya təhlükəsizliyi və kibertəhlikəsizliyin təmin edilməsi prioritet məsələlər kimi göstərilib.

Həmçinin Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinin aparılması, iqtisadiyyatın yenidən qurulması və inkişaf etdirilməsi üçün informasiya təhlükəsizliyinin və kibertəhlikəsizliyin təmin edilməsi mütləqdir", - deyə S.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti