...

Azərbaycan və AYİB əməkdaşlığın genişləndirilməsi imkanını müzakirə edib

İqtisadiyyat Materials 13 Dekabr 2023 12:15 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əməkdaşlığın genişləndirilməsi imkanını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Böyük Britaniyaya səfərimiz çərçivəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterinklə görüşdük. Müzakirələrimiz, o cümlədən, bərpa olunan enerji mənbələri (BEM), özəl sektor və informasiya texnologiyaları sahələrində ikitərəfli əməkdaşlığın perspektiv prioritetlərini əhatə etdi. AYİB-in Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti