Bakı. Trend:
Son 2 il ərzində Azərbaycanda beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı kəskin artıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına istinadən xəbər verir.
Məlumata görə, 2023-ci ilin nəticələrinə görə beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı 12 724 təşkil edib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 37,9%, 2021-ci ilin göstəricisi ilə müqayisədə isə 3,7 dəfə çoxdur.
Qeyd olunub ki, 2022-ci ildə beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı 9 225 ədəd, 2021-ci ildə isə 3 432 ədəd səviyyəsində olub.