Bakı. Trend:
Azərbaycanla Özbəkistan arasında investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalanıb.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsində paylaşım edib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində təşkil olunan Özbəkistan-Azərbaycan Biznes Forumu zamanı “Uzbekneftegaz" ilə "Özbəkistan Respublikasının investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması layihəsinin həyata keçirilməsinin əsas prinsipləri haqqında Saziş" imzaladıq", - o qeyd edib.
Xəbər yenilənəcək