...

Horadiz - Ağbənd dəmiryolunun əhəmiyyəti açıqlandı

İqtisadiyyat Materials 23 Avqust 2024 12:07 (UTC +04:00)
Horadiz - Ağbənd dəmiryolunun əhəmiyyəti açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Horadiz - Ağbənd dəmiryolu layihəsi həm beynəlxalq kommunikasiya xətləri, həm də daxili logistika baxımından strateji əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.

O bildirib ki, daxili logistikanın optimallaşdırılması sayəsində ölkəmizdə istehsal olunan məhsulların sürətli və etibarlı şəkildə beynəlxalq bazarlara çıxışı təmin olunacaq və bu, ölkəmizin iqtisadiyyatına böyük təsir göstərəcək.

"Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirir və regionda sülh və sabitlik proseslərinə töhfə verir. Bu layihə fiziki olaraq Azərbaycanı Naxçıvana birləşdirmək, eləcə də, ölkəmizin Avropa və Asiya arasındakı əsas yollardan birinə çevrilmək üçün böyük potensiala malikdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti