Bakı. Trend:
Ağdama hotel quruculuğu ilə bağlı gəlmişəm.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aghdam City Hotel”-in direktoru Murad Kodan deyib.
O bildirib ki, əsas məqsədimiz Ağdamın inkişafında qatqımızın olmasıdır.
"Ağdamdan məcburi köçkün düşənlərin siyahısını aldıq və onlarla əlaqə yaratmağa başladıq. Ağdamdan məcburi köçkün düşmüş 15-ə yaxın işçimiz var. Gələcəkdə də bu say sürətlə artacaq. PMD Group olaraq Ağdamın turizminə böyük dəstək verəcəyik. Hoteldə 130 otaq, bir restoran və bir barımız var. Otaqların dördü suite, ikisi əngəlli insanlar üçündür. Üç toplantı zalımız var. Hotelimizdə iş insanları üçün hər cür şərait yaradılıb", - deyə direktor bildirib.