...

Azərbaycanın Fars körfəzi ölkələri ilə ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 26 Sentyabr 2024 12:41 (UTC +04:00)
Azərbaycanın Fars körfəzi ölkələri ilə ticarət dövriyyəsi artıb
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Fars körfəzi ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumunda bildirib.

"Bu ilin yanvar-avqust aylarında Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) ölkələri ilə ticarət dövriyyəmiz keçən ilin eyni dövrü ilə müqayisədə 28% artıb. Bu dövrdə ixracımız 2 dəfə artıb", - o bildirib.

Onun sözlərinə görə, Fars Körfəzi ölkələri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək, iqtisadiyyatı diversifikasiya etmək və investisiya imkanlarını effektiv şəkildə həyata keçirməkdə açar rol oynayıb.

"Energetika, ticarət və infrastrukturun inkişafı sahəsində birgə təşəbbüslər nəinki uğurlu olub, həm də regional sabitliyə və firavanlığa əhəmiyyətli töhfələr verib", - nazir müavini deyib.

O, bu gün Azərbaycan ilə Fars körfəzi ölkələri arasında iqtisadi münasibətlərin qarşılıqlı maraq əsasında inkişaf etdiyini vurğulayıb ki, bu da birgə layihələrin daha səmərəli həyata keçirilməsi üçün əsas yaradır.

“Azerbaijan ilə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) ölkələri arasında qurulan sıx münasibətlər ümumi mədəni irsə, İslam dəyərlərinə əsaslanır və ikitərəfli əməkdaşlığımız üçün möhkəm zəmin yaradır. GCC ölkələri ilə birgə fəaliyyət Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti