...

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi 17 milyard kubmetrə yaxın olub

İqtisadiyyat Materials 15 Oktyabr 2024 13:26 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 29 milyard 571,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 1,28 faiz azalma müşahidə olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doqquz ayda qaz nəqlinin 56,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,34 faiz artaraq, 16 milyard 802,8 milyon kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti