...

Bakı hava limanında karbon qazı tullantıları 8% azaldılıb

İqtisadiyyat Materials 13 Yanvar 2025 11:33 (UTC +04:00)
Bakı hava limanında karbon qazı tullantıları 8% azaldılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu ətraf mühitin qorunması və ekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal iş aparır.

Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava limanında bu tədbirlər çərçivəsində karbon qazı tullantıları 8% azaldılıb.

Bildirilib ki, sistemlərin modernləşdirilməsi nəticəsində 260 kVt/saat elektrik enerjisinə qənaət edilib.

Eyni zamanda, vurğulanıb ki, hava limanı Airport Carbon Accreditation (ACA) proqramının ikinci səviyyəsi olan "Azaltma" (Reduction) mərhələsinə nail olub.

“2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarının təhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də, karbon izinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərin tətbiq olunması istiqamətində inkişafını davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti