...

Ötən il əhali içki və tütün məmulatlarına 2,7 milyard manat pul xərcləyib

İqtisadiyyat Materials 17 Yanvar 2025 13:16 (UTC +04:00)
Ötən il əhali içki və tütün məmulatlarına 2,7 milyard manat pul xərcləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda istehlakçılar içki və tütün məmulatlarına xərclərini azaldıblar.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, keçən il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,7 milyard manatlıq içki və tütün məmulatları satılıb.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 0,4 faiz azdır.

İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,4% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti