...

Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı görülən işlər AÇIQLANIB

İqtisadiyyat Materials 23 Yanvar 2025 13:13 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı görülən işlər AÇIQLANIB
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Horadiz-Ağbənd dəmiryol xətti üzrə layihələndirmə işləri bitib.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, dəmir yolunun inşası ilə bağlı işlərin isə 60%-i yerinə yetirilib.

"Tunellərdən birinin tikintisi bitib, ikinci tuneldə qazıntı işləri aparılıb.

Ümumilikdə Horadiz-Ağbənd dəmir yolu xətti boyunca yerli mühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndis qurğusu, 40-dan çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir. 110,4 km-lik Horadiz-Ağbənd dəmir yolunun əsas komponentləri arasında 771 metrlik dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzun dəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) yer alır.

Bu dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısı və Şərq-Qərb yükdaşımaları üçün yeni marşrutu təmin edəcək", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti