Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyatın ölüm halından sığortası üzrə yığımların həcmi 34,2 milyon manata çatıb.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 2,6 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 31,6 milyon manat və ya 13 dəfə az olub.
Ötən il həyatın ölüm halından sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 1,2 milyon manat və ya 3,8% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 616 min manat, yaxud da 30,3% dəfə çox olub. Belə ki, 2023-cü ildə həyatın ölüm halından sığortası üzrə yığımların həcmi 33 milyon manat, ödənişlərin həcmi isə 2 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.