...

Son 10 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə nə qədər yük daşınıb? – RƏQƏMLƏR

İqtisadiyyat Materials 21 Fevral 2025 11:38 (UTC +04:00)
Son 10 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə nə qədər yük daşınıb? – RƏQƏMLƏR
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8,621 milyon ton olub.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 389 min ton və ya 4,3% az, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 1,995 milyon ton, yaxud da 30,1% çoxdur.

Belə ki, Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 9,01 milyon ton, 2015-ci ildə isə 6,626 milyon ton olub.

2015-2024-cü illərdə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin ümumi həcmi 71 milyon 582 min ton təşkil edib.

Son 10 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib:

İllər Daşınmış yüklərin həcmi
2024 8 621 min ton
2023 9 010 min ton
2022 7 519 min ton
2021 5 468 min ton
2020 5 982 min ton
2019 5 969 min ton
2018 8 236 min ton
2017 8 344 min ton
2016 5 807 min ton
2015 6 626 min ton
Cəmi 71 582 min ton

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil edib. Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi əvvəlki ilin yanvar ayına nisbətən 31,2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti