...

Beşinci "Yüksəliş" müsabiqəsinə 2 saatda minə yaxın şəxs qeydiyyatdan keçib

İqtisadiyyat Materials 28 Fevral 2025 12:25 (UTC +04:00)
Beşinci "Yüksəliş" müsabiqəsinə 2 saatda minə yaxın şəxs qeydiyyatdan keçib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Beşinci "Yüksəliş" müsabiqəsində iştirak etmək üçün iki saat içərisində minə yaxın şəxs qeydiyyatdan keçib.

Trend xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O, qeyd edib ki, müsabiqəyə qeydiyyat 28 fevral saat 10:00-da başlayıb. Bu qədər vaxtda minə yaxın müraciətin olması müsabiqəyə marağın nə qədər böyük olduğunu göstərir.

"2019-2025-ci illərdə "Yüksəliş" müsabiqəsinə 53 min 410 nəfər müraciət edib. Onların arasından 32 min 959 nəfəri müsabiqədə iştirak edib. Onların 96 nəfəri qalib olub ki, qalib şəxlərə ödənilmiş məbləğin həcmi 1,92 milyon manat olub. Bu dövrdə "Yüksəliş" müsabiqəsinə 556 namizəd arasında 183 ekspert seçilib. Ekspert seçimi 4 mərhələli şəkildə həyata keçirilib. Eksperlərə toplam 276 saat olmaqla 11 təlim keçirilib" - deyə Fərhad Hacıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti