Benefisiar mülkiyyətçiləri barədə məlumatlar vergi və kommersiya sirri sayılacaq

İqtisadiyyat Materials 7 Mart 2025 13:17 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatların siyahısı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar da vergi sirri və şəxsi həyata dair məlumat hesab olunacaq.

Bundan əlavə “Kommersiya sirri haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar da kommersiya sirri hesab edilən məlumatlar sayılacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti