...

Ötən ay həyat sığortası üzrə ödənişlər 35% artıb

İqtisadiyyat Materials 3 Mart 2025 12:12 (UTC +04:00)
Ötən ay həyat sığortası üzrə ödənişlər 35% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Baki. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda həyat sığortası üzrə sığorta haqları 55,6 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 milyon manat və ya 38,3% çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda həyat sığortası üzrə sığorta haqqları 40,2 milyon manat olub.

Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 29,1 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 7,5 milyon manat, yaxud da 34,7% çoxdur. 2024-cü ilin ilk ayında Azərbaycanda həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 21,6 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ay bu sığorta sinifi yığılmış 100 manat sığorta haqqı üçün 52,3 manat sığorta ödənişi edilib ki, bu da, ötən ilin eyni dövründən 1,4 manat azdır. Ötən ilin ilk ayında bu məbləğ 53,7 manat idi.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti