...

"Azərneftyağ" 2030-cu ilədək paytaxtdan köçürüləcək - Elşən Hacızadə

İqtisadiyyat Materials 3 Mart 2025 17:07 (UTC +04:00)
"Azərneftyağ" 2030-cu ilədək paytaxtdan köçürüləcək - Elşən Hacızadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Neft Emalı Zavodunun şəhərdən köçürülməsi ilə bağlı 2 sssenari var, bunlar qapalıdır. Bu zavodda modernizasiya prosesi gedir.

Trend xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, zavod artıq "Avro-5" standartlı dizel yanacağı və benzin istehsal edib:

"2025-ci ildən zavodun rekonstruksiyanın ikinci fazasına keçid olacaq. Zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafa getməsi ilə bağlı fikir mübadiləsi aparılır. Bu ssenarilərə baxılır. Yəqin ki, bu il ərzində məlumat çıxacaq. Hər iki ssenaridə əgər yeni zavod tikəcəyiksə, o da 2030-2031-ci illərdə nəzərdə tutulur. Modernizasiya prosesi davam edəcəksə də, bu da eyni vaxtda nəzərdə tutulur".

Elşən Hacızadə əlavə edib ki, zavodun 70 ildən çox tarixi var.

"Ona qoşulan zavod var - "Azərneftyağ", təxminən 130 yaşı var. Həmin "Azərneftyağ" hər iki ssenaridə köçürüləcək. Modernizasiya davam etsə də, 2030-cu ilədək köçürüləcək. Həmin zavodun 30 faiz istehsalı "Azərneftyağ" hissəsində keçir. Gərək modernizasiya bitsin ki, zavodu köçürə bilək”, - deyə şöbə müdiri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti