Bakı. Trend:
Bu ilin yanvar ayında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 2,8 milyon ton təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 233 min ton və ya 9% çoxdur.
Hesabat dövründə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 1,3 milyon ton, dəniz nəqliyyatı ilə 688,7 min ton və avtomobil nəqliyyatı ilə 819,5 min ton yük daşınıb.
Beləliklə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 138 min ton və ya 11,7%, dəniz nəqliyyatı ilə 94,7 min ton 15,9%, avtomobil nəqliyyatı ilə isə 0,3 min ton və ya 0,04% artıb.