Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 5,6 milyard manat təşkil edib.
Bu barədə Trend Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq, 3,1 milyard manata, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2,6 milyard manat olub.
İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.