...

Mənzilin kvadratına minimum nə qədər vəsaitin ödənilməsi müəyyən edilməlidir – Deputatdan təklif

İqtisadiyyat Materials 11 Aprel 2025 11:25 (UTC +04:00)
Mənzilin kvadratına minimum nə qədər vəsaitin ödənilməsi müəyyən edilməlidir – Deputatdan təklif
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

16 minədək mənzil yenidən tikilməlidir. Bu əsnada sahibkarların hüququnun qorunması da aktual məsələ kimi gündəmə gətirilməlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.

O bildirib ki, sahibkarlar tikintiyə başlaya bilmirlər:

"Yeni binaların tikiləcəyi ərazilərdə yaşayan sakinlərdən 1-2-si ilə razılaşmayanda vaxt uzanır. Belə olanda da bazarda qiymətlər qalxır. Mülkiyyətçi kimi vətəndaş da haqlıdır. Optimal qiymətləndirmə məsələsində narahatlıqlar ortaya çıxır.

Optimal qiymətlər təyin olunmalıdır. Mənzilin kvadratına minimum nə qədər vəsaitin ödənilməsi müəyyənləşməlidir. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edəcək addımlar atmalıdır”, - deyə komitə sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti