...

Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb

İqtisadiyyat Materials 11 Aprel 2025 16:04 (UTC +04:00)
Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manat vergi daxil olub.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10 faiz və ya 4,6 milyon manat çoxdur.

Ödənilən vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə dövlət sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti